Azərbaycan diplomatı NATO rəsmisi ilə görüşdü

Azərbaycan diplomatı NATO rəsmisi ilə görüşdü

Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Baş katibinin müdafiə sahəsinə investisiyalar üzrə köməkçisi Vendi Gilmurla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviterdə bildirib.

“Biz NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın Şərq və Qərb arasında əlaqələnmədə rolu, eləcə də regionumuzdakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi haqqında yaxşı müzakirələr apardıq”, – paylaşımda deyilir.

Teqlər: