Azərbaycan dilindən 969 abituriyent qeyri-məqbul qiymət alıb

Xəbər - Çingiz Səfərli -Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 24-də ikinci dəfə Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə keçirilən test imtahanında 969 abituriyent qeyri-məqbul qiymət alıb.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq DİM-dən məlumat verilib. İmtahanın nəticələrinə əsasən 1364 nəfər isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Qeyd edək ki, Azərbaycan dilindən qeyri-məqbul qiymət alan abituriyentlər üçün növbəti imtahan avqustun 12-də keçiriləcək.


Teqlər: