Azərbaycan dəfələrlə sülhün qurulmasına hazır olduğunu bəyan edib – Emin Hüseynov (FOTO)

Şuşa. Trend:

Azərbaycana sülhə hazır olması mesajını göndərir.

Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Emin Hüseynov Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi başa çatıb və Azərbaycan
dəfələrlə sülhün qurulmasına hazır olduğunu bəyan edib.

“Azərbaycan sülh mesajı göndərir, ölkəmiz regionda sülh və
sabitlikdə maraqlıdır. Azərbaycan, regional proseslərə yaxşı
inteqrasiya edə bilmiş ölkədir. Ermənistanın da bu imkandan
yararlanmaq imkanları var. Heç olmamaqdansa, gec olmağı yaxşıdır”,
– deyə o bildirib.

Qeyd edək ki, bu gün Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə
beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel
müzakirələri nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: