Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin gümüş medalını qazanıb

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) gümüş medal qazanıb.

AzerTimes-ın məlumatına görə, təmsilçimiz həlledici mərhələdə Murad Sanşiroya məğlub olaraq ikinci yerlə kifayətlənib.

Qeyd edək ki, komandamızın üzvü Uşangi Kokauri (+100 kq) də turnirin finalında mübarizə aparır.


Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Teqlər: