Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail
olunmuş və inkişaf prosesləri davam edir. Son illərdə ölkəmizdə
sənayedə, o cümlədən qeyri-neft sənayesində, kənd təsərrüfatında və
digər sahələrdə yüksək nəticələr əldə olunmuşdur. Ölkəmizin, o
cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə nəhəng layihələr həyata keçirilmişdir. Əhalinin sosial
müdafiəsinin gücləndirilməsi məqsədi ilə çox mühüm addımlar
atılmışdır. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
ölkə qanunvericiliyinin inkişaf etdirilməsi, mövcud
qanunvericiliyin təkmillləşdirilməsi istiqamərində xeyli iş
görülmüşdür. Bir sözlə ölkəmizdə hər bir dövlət qurumu çalışır ki,
onların qarşısına qoyulmuş vəzifələri uğurla həyata keçirsin. Əksər
dövlət qurumları bu işin öhdəsindən layiqincə gəlirlər.
Son zamanlar AMEA və onun prezidenti Ramiz Mehdiyev ətrafında
baş verən qalmaqallar səngimək bilmir. Elm adamlarının, ziyalıların
və bir-neçə Millət vəkilinin AMEA-nın fəaliyyəti ilə bağlı obyektiv
tənqidə AMEA-nın mətbuat xidmətində yayılan cavablar vəziyyəti daha
da gərginləşdirmişdir.
AMEA yarandığı gündən bəri Azərbaycan elminin inkişafında, onun
təşkilində böyük rol oynamışdır.
Çox təssüflər olsun ki, son zamanlar baş verənlər AMEA-nın nəcib
ənənələrinə kölgə salmaqdadır. Elmlər Akademiyası Azərbaycanda
həyata keçirilən və bütün sahələri əhatə edən dərin sosial-itisadi
islaharlara elmi cəhətdən dəsdək vermək əvəzinə, Akademiyanın işini
müasir tələblər səviyyəsində qurmaq əvəzinə bu elm ocağı bir
intiriqa yuvasına çevrilmişdir.
AMEA-nin fəaliyyətini tənqid edənlərə bu qurumun mətbuat
xidmətinin verdiyi cavabda deptatlara qarşı hörmətsizlik ifadə
olunur. Bu qəti surətdə qəbul edilməzdir. Hər bir deputatın
seçildiyi seçki dairəsində ona səsə verən 30-40 min seçicisi var.
Bu tipli açıqlamalar deputatlarla bərabər eyni zamanda onların
seçicilərinə də hörmətsizlikdir. Sual olunur nə vaxtdan bəri Elmlər
Akademiyasının mətbuat xidməti siyasi məsələlərlə məşğul olur,
Milli Məclisin, siyasi partiyaların işini qiymətləndirir? Əlbət də
hər bir dövlət qurumu kimi , Milli Məclisin də fəaliyyəti tənqid
edilə bilinər. Belə çıxır ki, doğrudan da Elmlər Akademiyası əsas
vəzifəsi olan elmin təşkil və inkişaf etdirilməsi əvəzinə digər
məsələlərlə məşğul olur.
Yadda saxlamaq lazımdır ki, xaricdə fəaliyyət göstərən
anti-azərbaycan qüvvələr tərəfindən dövlətimizin və xalqımızın
ünvanına yönəlmiş ən çirkin böhtan və təhqi kampaniyaları davam
edir. Sürətli olaraq “Azərbaycanda avtoritarizmdir, diktaturadır”
deyənlər əslində Azərbaycan xalqına, dövlətinə nifrət edənlərdir.
Bu vətən xainləri dünyada fəaliyyət göstərən anti-azərbaycan
qüvvələrin maraqlarının təminatı, qorunması və təbliğatı, bu
qüvvələrin göstərişlərinə əməl etməyən hakimiyyətlərə qarşı hibrid
informasiya savaşının iştirakçılarıdır. Sosial şəbəkələrdə “Orduxan
Teymurxan Bəbirov” və “Sevinc Osmanqızı” kimi tanınan “bloqer”lərin
fəaliyyəti, YouTube və Facebook-dakı paylaşımları, çıxışları, çanlı
yayımları, müsahibələri- bir sözlə “çəxşaxəli fəaliyyət”ləri əsla
müstəqil deyil, yuxarıda qeyd olunan güc mərkəzlərinin əlində
çirkin bir alətə çevrilmişlər.
AMEA Azərbaycanda gedən sürətli inkişaf proseslərində geridə
qalıb. Bu elm ocağının təmamilə yenilənməsi lazımdır. Bu gün
ölkəmizdə bütün sahələri əhatə edən geniş və dərin islahatlat
həyata keçirilir. Azərbaycan xalqı öz mədəni, ictimai, hümahitar
həyatının bütün sahələrində böyük nəaliyyətlərə və yeniliklərə imza
atıb. Azərbaycan xalqı Vətən müharibəsində qazanılmış tarixi Zəfər
nəticəsində işğal altında olmuş torpaqlarımızın işğaldan azad
olunmasına nail oldu. Bütün bu baş vermiş mühüm hadisələr
Azərbaycan elminin də inkişafına yeni stimullar gətirməlidir. Ona
görə də AMEA-dan özünün rəsmi funksiyalarının tam şəkildə yerinə
yetiriməsini gözləyirik. Akademiyada müasir çağrışlara cavab verən
elmi fəaliyyət üçün şərait yaradılmalı, dərin islahatlar
aparılmalıdır. AMEA Azərbaycanda gedən sürətli, hərtərəfli inkişaf
prosesidə öz yerini tutmalı və elmi potensialımızın artırılmasında
öz sözünü deməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək Vətən
müharibəsində mənfur düşmən üzərində tarixi Qələbə qazandı.
Müharibə dövründə cəmiyyətin bütün təbəqələri cənab Prezident
ətrafında sıx birləşərək tariximizdə heç vaxt olmayan bir həmrəylik
nümayiş etdirdi. Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası
və inkişaf etdirilməsi üzrə iri miqyaslı Layihələr və Proqramlar
həyata keçirilir. Yadda saxlamaq lazımdır ki, düşmən məğlub olsa da
hələ sülh müqaviləsi bağlamağa tələsmir. Cənab Prezidentin qeyd
etdiyi kimi erməni faşizmi məğlub edilib, ancaq məhf edilməyib. Ona
görə də Azərbaycan cəmiyyətinin bütün təbəqələri Vətən müharibəsi
zamanı əldə olunan həmrəyliyi, xalq-iqtidar birliyini qoruyub
saxlayaraq hər bir şəxs öz iş yerində faəliyyətləri ilə
dövlətimizin daha da mğhkəmlənməsinə xidmət etməlidirlər.
Rauf Əliyev
Milli Məclisin deputatı