Azərbaycan bölgədə güc mərkəzi kimi dünyanın diqqətini cəlb edir – Spiker

Dünya Azərbaycanlılarının 5-ci Qurultayının 44 günlük Vətən
müharibəsinin son döyüşlərinin baş verdiyi bu şəhərdə
keçirilməsinin və “Zəfər qurultayı” adı daşımasının dərin rəmzi
mənaları var.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə
Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qurultay Azərbaycan Respublikasının Cənubi
Qafqazın lider dövləti olduğunu, Azərbaycan xalqının öz sözünü
qəbul etdirə bilən mütəşəkkil bir qüvvə kimi formalaşdığını və daim
öz dövlətini dəstəklədiyini nümayiş etdirdi.

“Bu gün Azərbaycan bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini
müəyyən edən güc mərkəzi kimi dünyanın diqqətini özünə cəlb
edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
qurultayda geniş və dərin məzmunlu nitq söylədi. Deməliyəm ki,
cənab Prezidentin hər bir azərbaycanlı üçün, bizim hər birimiz üçün
proqram xarakteri daşıyan bu nitqi xalqımızın həyatının mühüm
hadisələrinə işıq salmış, qarşıdakı dövr üçün əsas vəzifələri
müəyyən etmişdir. Möhtərəm Prezident müzəffər xalqın rəhbəri, qalib
dövlətin başçısı kimi bir daha bəyan etdi: “Biz faşizmi məhv etdik.
Biz Cənubi Qafqazı faşizmdən xilas etdik…

Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim
heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”” – deyə spiker əlavə
edib.

Teqlər: