Azərbaycan boksçusu Avropa çempionatında üçüncü oldu

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü oldu

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb.

AzerTimes xəbər verir ki, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

Görüşdə rəqib finala yüksəldiyindən Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kiloqram) də yarımfinalda mübarizə aparacaq.

Teqlər: