Azərbaycan bizim Qafqaza açılan qapımızdır – İzmir Ticarət Palatası

Əsas hədəfimiz Azərbaycanla əməkdaşlıq edib, hər iki ölkədən iş
adamalarını bir araya gətirərək, ticari əlaqələri
genişləndirməkdir.

Bu barədə Trend-in suallarını cavablayarkən İzmir Ticarət
Platasının üzvü Melih Tunç Tandoğan deyib.

O qeyd edib ki, hazırda İzmir Ticarət Palatasının fərqli
sektorlardan ibarət 90 min üzvü var.

“Əgər Azərbaycandan hər hansı bir sektordan müraciət olarsa, biz
dərhal onunla İzmirdə müvafiq sahədə çalışan qrup arasında əlaqə
yaradılmasını təmin edirik. Azərbaycanda bir neçə şirkətlə
görüşərək mümkün ola biləcək əməkdaşlıq perspektivlərini müzakirə
etmişik. Məqsədmiz birlikdə iş görüb, təcrübələrimizi bölüşərək
ticarəti inkişaf etdirməkdir. Azərbaycan bizim Qafqaza açılan
qapımızdır. Gələcəkdə iki ölkə arasında çox mühüm əməkdaşlıqlar
olacağına, ticarətin inkişaf etdiriləcəyinə inanırıq”, – deyə o
əlavə edib.

Teqlər: