Bir sıra yerli KİV və sosial şəbəkələrdə Azərbaycan
aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən
tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun
deyil.
AzerTimes-ın məlumatına görə, bu
barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin
məlumatında deyilir.
“Ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə
yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi
resurslarında yerləşdirilir”, – məlumatda qeyd olunur.