Türkiyənin paytaxtı Ankarada və İstanbul şəhərində Azərbaycanın
daimi turizm nümayəndəliyi aça bilər.
Bunu Trend-ə
açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan
Quluzadə deyib.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi bir sıra ölkələrdə
turizm nümayəndəliyi açmaq, digər ölkələrdə isə tərəfdaş
şirkətlərlə işbirliyi qurmaq niyyətindədir.
“Pandemiyadan öncə Türk Dövlətləri Təşkilatına üzv olan
ölkələrdən Türkiyə və Qazaxıstanda Azərbaycanın daimi turizm
nümayəndəliyinin açılması planlaşdırılırdı. Bizim Türkiyədə turizm
nümayəndəliyi açmaq planımız hələ də var. Türkiyə bizim üçün ən
böyük prioritet bazarlardan biridir. Nümayədəliyimizin Ankara ya da
İstanbulda açılması və ya hər ikisində olması ilə bağlı hazırda
müzakirə gedir”, – deyə K.Quluzadə bildirib.