Azərbaycan 2025-ci ilədək qeyri-neft ixracını iki dəfə artırmaq niyyətindədir – Mikayıl Cabbarov

Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev – Trend:

Əvvəlki illərdə olduğu kimi İqtisadiyyat Nazirliyinin qarşısında iqtisadiyyatın dayanıqlı şaxələndirilməsi tapşırığı dayanır.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Post-pandemiya dövründə vergi sistemi” adlı konfransda deyib.

Nazir bildirib ki, qarşıya qeyri-neft ixracının genişləndirilməsi və bu sahənin sürətli inkişafı məqsədi qoyulub:

“Bununla bağlı, qeyri-neft ixracının artımına xidmət edəcək konsepsiyanın hazırlanması nəzərdə tutulub. Azərbaycan bu gün 120 növdən çox məhsul ixrac edir, 2025-ci ilədək qeyri-neft ixracının iki dəfə artırılması nəzərdə tutulur”