Azərbaycan 2 milyon dollar dəyərində peyk xidmətləri ixrac edib

Xəbər - Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın
29 ölkəsinə 2 milyon ABŞ dolları dəyərində xidmət (peyk
telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac
edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir
onun ümumi gəlirlərinin 83 faizini təşkil edib.

AzerTimes-ın
məlumatına görə, 2022-ci ilin yanvar ayı ərzində peyk
telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk
beşliyində isə 0,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 0,4
milyon ABŞ dolları ilə ABŞ, 0,4 milyon ABŞ dolları ilə Fransa, 0,2
milyon ABŞ dolları ilə BƏƏ, 0,1 milyon ABŞ dolları ilə Pakistan
qərarlaşıb.

2022-ci ilin yanvar ayında xarici vətəndaşların bank kartları
vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 204,7
milyon manat təşkil edib.

Teqlər: