İstanbulda Xocalı aksiyası təşkil edilib (FOTO)

İstanbul şəhərindəki Bəyazit meydanında Xocalı soyqırımının
30-cu ildönümü ilə əlaqədar aksiya keçirilib.

AzerTimes xəbər verir ki,
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyası (TADEF) və Türk Dünyası Həmrəylik və
Yardımlaşma Dərnəyinin təşkilatçılığı ilə baş tutan aksiyaya
Azərbaycan və Türkiyə ictimaiyyətinin nümayəndələri, Hüseyn Cavid
adına orta məktəbin müəllim və şagirdləri qatılıblar.

Mərasimdə çıxış edənlər Xocalı soyqırımını dünya tarixinin utanc
səhifəsi adlandırıb, beynəlxalq hüquq norma və prinsiplərinin
kobudcasına pozulması və bəşəri cinayət kimi qiymətləndiriblər.
Aksiyaçılar dünya birliyindən Xocalıya ədalətlə yanaşmağı, bu
dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması
istiqamətində qətiyyətli addımların atılmasını tələb ediblər.


Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40
ölkəsində 150-yə yaxın tədbir keçirilib.

Teqlər: