Azərbaycan 11 ildir ki, Qoşulmama Hərəkatına üzvdür, xarici siyasətində həm də bu mövqedən çıxış edir – Politoloq

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan öz siyasətini müstəqillik qazandıqdan sonra bütün bu
dövrlər ərzində beynəlxalq hüquq-norma prinsiplərini üzərində
qurur.

Bunu Trend-in
suallarını cavablayarkən “Cənubi Qafqaz” politologiya klubunun
rəhbəri İlqar Vəlizadə deyib.

O qeyd edib ki, dövlətlərin sərhədlərininn toxunulmazlığı,
suverenliyə hörmətlə yanaşılması, digər dövlətlərin hüquqlarına
qarışmamaq bu prinspilərə daxildir.

“Biz hər zaman bütün ölkələri bu prinsiplərə əməl edilməsinə
çağırırıq. Ukrayna və ətrafında gedən gərginliyə gəldikdə isə
burada da prinsiplərə əsasən münaqişənin həllinə çağırış edirik.
Digər tərəfdən də hərbi-siyasi qarşıdurmanın iştirakçısına
çevrilmək istəmirik. Çünki bu qarşıdurma mənfi fəsadlarla
nəticələnəcək.

Əgər biz bu qarşıdurmanın inkişafını izləsək, proqnozlaşdırmaq
asandır ki, bunun həm region üçün, həm beynəlxalq təhlükəsizlik
sistemi üçün mənfi nəticələri olacaq. Ona görə də yeni ölkələrin bu
qarşıdurmada iştirakı məqbul sayılan deyil. Bu səbəbdən sülh
prisnipləri üzərində siyasəti quraraq, qanunun aliliyini,
beynəlxalq norma və prinsiplərə əməl edilməsinə çağırışlar
edirik.

Azərbaycan 11 ildir ki, Qoşulmama Hərəkatına üzvdür, Azərbaycan
xarici siyasətində həm də bu mövqedən çıxış edir”, deyə politoloq
əlavə edib

İ.Vəlizadə qeyd edib ki, cərəyan edən prosesdə hərbi
ssenarilərin reallaşması heç bir tərəfə müsbət nəticələr
verməyəcək.

“Ona görə başqa çıxış yolu olmadan, yalnız qarşılqılı maraqların
qəbul olunması şərti ilə danışıqların aparılması vacibliyini
göstərmək olar”, – deyə o əlavə edib.

Teqlər: