Azər Türk Bank loqosunu yeni dizaynda təqdim edir

Dövlət bankı Azər Türk Bank redizayn edərək loqotipini yeniləmişdir.

Dünyanın dizayn sahəsində bu gün qəbul edilən əsas meyarlarını nəzərə alan Bank sadə, lakonik, estetik baxımdan göz oxşayan yeni loqosunu rəsmi təqdim edir.

Qeyd edək ki, köhnə loqotipə əsaslı dəyişikliklər edilməsə də, məharətlə işlənərək daha ifadəli və yaddaqalan təsvir əldə edilmişdir.

Yeni loqotip quruluş etibarilə ilk növbədə müasirliyi və digitallaşmanı özündə əks etdirir.

Aşağıdakı şəkillərdə Azər Türk Bankın əsas loqotipi və sub-loqotipinin yenilənmə mərhələləri göstərilmişdir.

Teqlər: