Azər Türk Bank dördüncü innovativ filialını açdı (FOTO)

Dövlət bankı Azər Türk Bank xidmət şəbəkəsini genişləndirməkdə
davam edir.

Bank “Rəqəmsal 4” filialını müştərilərinin ixtiyarına verdi.

Paytaxtın Səbail rayonu ərazisində, Sahil və Xaqani bağları
arasında, Üzeyir Hacıbəyov,16 ünvanda yerləşən bu filialda xidmət
və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Bankın bu ofisində müştərilərə kreditlər
ödəniş kartlarının əldə
edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Tezliklə Bankın eynilə bu konsepsiya üzərində daha üç filialının
istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.

Azər Türk Bank son dövrdə artıq üç innovativ filialını
müştərilərin ixtiyarına verib.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial
şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000
945, yaxud 945 nömrəli Çağrı mərkəzindən əldə edə
bilərsiniz.

Teqlər: