Azər Paşa Nemətov dəfn olundu

Azər Paşa Nemətov dəfn olundu

12:44

Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov ilə vida mərasimi keçirilir.

AzerTimes xəbər verir ki, Milli Dram Teatrında keçirilən vida mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Azər Paşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.

***

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov dəfn olunub.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Teqlər: