Azdramda hansı dəyişiklik olacaq? – Yeni rəhbər

Azdramda hansı dəyişiklik olacaq? – Yeni rəhbər

Gələn mövsümdə Akademik Milli Dram Teatrında bizi yeniliklər gözləyir.

Bu barədə AzerTimes-a açıqlamasında Azdrama yeni bədii rəhbər təyin olunan tanınmış rejissor Mehriban Ələkbərzadə deyib.

“Hazırki müddətdə teatrda olan prosesləri nəzarətimə götürürəm və teatrın işə yanaşma prinsipi ilə tanış oluram. Bu mərhələ yeniliklər etmək üçün tezdir. Gələn mövsümdə bizi yeniliklər gözləyir”, – o bildirib.

Mehriban Ələkbərzadə teatrda olan əskikliklərdən bəhs edib:

“Uzun müddətdir truppanın bir çox artisti hansısa tamaşalarla məşğuldur. Teatrın gücünü yüksəldə biləcək quruluşlar verilməlidir. İlk növbədə truppa ayağa qaldırılmalıdır”.

Teqlər: