AZAL Təxliyə reysinin sərnişinlərini qarşılayanlara müraciət edib

Yassı beynəlxalq hava limanının texniki səbəblərdən bağlanması
ilə əlaqədar, AZAL-ın Rumıniyadan növbəti təxliyə reysinin uçuşu
sabaha – 3 mart tarixinə, yerli vaxtla səhər saat 11:00-a keçirilib
(Bakı vaxtı ilə saat 13:00).

AZAL-dan AzerTimes-a verilən məlumata görə, həmvətənlərimizin
daşınmasını həyata keçirən AZAL-ın təxliyə reysinin Bakıya gəlişi
yerli vaxtla saat 16:00-da nəzərdə tutulmuşdur.

Bütün sərnişinlərdən aviaşirkətin sosial şəbəkələrdəki rəsmi
səhifəsində və kütləvi informasiya vasitələrində reyslər barədə ən
son məlumatları izləmələrini xahiş edirik.


Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tapşırığına əsasən AZAL aviaşirkəti Ukraynadakı
hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin
daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.
Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz
həyata keçirilir.

Teqlər: