AZAL Tel-Əvivdə keçirilən beynəlxalq turizm sərgisində iştirak edir

Azərbaycan Hava Yolları” Tel-Əvivdə keçirilən “Beynəlxalq Aralıq
dənizi Turizm Bazarı” sərgisində (International Mediterranean
Tourism market – IMTM 2022) iştirak edir.

IMTM 2022, Şərqi Aralıq dənizində ən əhəmiyyətli və ən böyük turizm
sərgisidir. Burada 60-dan çox ölkə iştirak edir.

Qeyd edək ki, AZAL həftədə 2 dəfə – cümə axşamı və bazar günləri
uçuşlar həyata keçirir. May ayından etibarən reyslərin sayı həftədə
beş dəfəyədək artırılacaq.

Teqlər: