AZAL Naxçıvana aviareyslərlə bağlı məlumat yaydı

AZAL Naxçıvana aviareyslərlə bağlı məlumat yaydı

Dekabrın 20-də Bakıdan Naxçıvana və əks istiqamətdə ümumilikdə 8 reys həyata keçirilib, dekabrın 17-18-də vaxtı dəyişdirilmiş uçuşların sərnişinləri sözügedən reyslərlə daşınıblar.

Bu barədə AzerTimes-a Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildirilib.

Məlumata görə, bu gün də aviaşirkət sözügedən istiqamətdə 11 reys yerinə yetirəcək və dekabrın 18-19-da vaxtı dəyişdirilmiş reyslərin sərnişinləri daşınacaq.

Bütün reyslər cədvələ uyğun yerinə yetiriləcək. Bakıdan Naxçıvana əlavə üç reys saat 11:00, 15:00 və 20:10, Naxçıvandan Bakıya isə saat 13:20, 17:20 və 22:30-a planlaşdırılıb. Bununla da, hava şəraiti səbəbindən təxirə salınmış bütün reyslərin sərnişinlərinin təyinat yerinə daşınması bu gün başa çatdırılacaq.

Teqlər: