AZAL İstanbul və Dubay istiqamətləri üzrə genişgövdəli hava gəmiləri ayırır

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı şəhərindən
tələbatın daha çox olduğu istiqamətlər üzrə – Dubay və İstanbul
şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli
hava gəmiləri ayırır.

AZAL-dan AzerTimes-a verilən məlumata görə, Bakı-Dubay-Bakı və
Bakı-İstanbul-Bakı marşrutları üzrə həyata keçirilən reyslərə
tələbatın artması ilə əlaqədar, AZAL iyunun 15-dən sentyabrın
15-dək müddət ərzində böyük tutumlu hava gəmilərindən istifadə
edəcək.

15 iyundan etibarən aviaşirkət Heydər Əliyev Beynəlxalq
Aeroportundan Dubay şəhərinə Boeing 767, İstanbul şəhərinə isə
Boeing 787 (Dreamliner) tipli genişgövdəli hava gəmiləri ilə
uçuşlar yerinə yetirməyə başlayır.

Teqlər: