AZAL-ın kollektivi Heydər Əliyevin əziz xatirəsini yad etdi

AZAL-ın kollektivi Heydər Əliyevin əziz xatirəsini yad etdi

Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.

AzerTimes xəbər verir ki, Azərbaycan Hava Yolları QSC-nin rəhbərliyi və kollektivi dünya şöhrətli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarətçilər Ulu öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

Teqlər: