AZAL-ın əməkdaşları 600-dən çox ağac əkdi – Video

AZAL-ın əməkdaşları 600-dən çox ağac əkdi – Video

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib, 600-dən çox ağac əkib.

AZAL-dan AzerTimes-a verilən məlumata görə, aksiya Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki 1 hektar sahədə – Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan ərazidə keçirilib, Eldar şamı və zeytun ağacları əkilib. Həmçinin aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil olunan tədbirdə AZAL-ın 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya ekoloji tarazlığın qorunması məqsədini daşıyıb.

AZAL BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq ağacəkmə və digər ekoloji təşəbbüsləri həyata keçirməklə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Teqlər: