Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq – Sahil Babayev

Xəbər - Elçin Mehdiyev – Trend:

İşğaldan azad olunmuş ərazilərdə proqram üzrə bərpa işləri görüldükcə həmin ərazilərdə məşğulluq təmin olunacaq.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Aktiv məşğulluq tədbirləri, özünüməşğulluq proqramı və digər layihələr çərçivəsində əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülmə prosesinə uyğun olaraq biz orada məşğulluğu maksimum formada təmin etməyə çalışacağıq. Hazırda orada podratçı şirkətlər və müvafiq dövlət şirkətləri tərəfindən işlər aparılır və onların ehtiyacını qarşılayacaq işçi qüvvəsi təmin edilib. Biz öz növbəmizdə əhalinin böyük qayıdış çərçivəsində planlı şəkildə oraya köçürülməsini gözləyirik. Bu proses mərhələli şəkildə həyata keçirildikcə məşğulluq sahəsində də ardıcıl tədbirlər təşkil ediləcək,” – nazir bildirib.

Teqlər: