Azad olunmuş ərazilərdə 6 modul xəstəxananın açılması nəzərdə tutulur – Agentlik sədri

2021-ci ilin oktyabr ayından etibarən Şuşada 6 palata və 9
çarpayıdan ibarət ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.
Burada təcili tibbi yardım, poliklinika, laboratoriya, funksional
diaqnostika, stasionar və reanimasiya şöbələri fəaliyyət
göstərir.

AzerTimes-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin 2021-ci
ildə və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyəti ilə bağlı mətbuat
konfransı zamanı deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş 6 ərazidə – Ağdam,
Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli
xəstəxanların açılması nəzərdə tutulur.

Teqlər: