Azad olunan ərazilərin bərpa işlərinə dəstək verməyə hazırırq.
Trend xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi deyib.
O bildirib ki, Yaponiya hökümətinin həyata keçirdiyi “ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində Xındırıstan və Çüllu kəndlərində artezian quyusu qazılıb, “tap-stand” inşa edilib:
“Bu layihənin icrası nəticəsində hər iki kəndin əhalisinin digər qonşu kəndlərə su əldə etməyə getməsinə və ya suyu baha qiymətə almasına ehtiyac qalmadığını eşitdim və bu, məni çox şad etdi. Bundan sonra hər iki kəndin əhalisindən həmin artezianlardan ehtiyatla istifadə etməsini və bu artezianların əhaliyə uzun müddət xidmət etməsini arzulayıram”.