23 ölkədə koronavirusa yoluxma sayı 1 milyon həddini keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Kanadada koronavirusa yoluxanların sayı 1,004 milyon nəfərə çatıb.

AzerTimes-ın məlumatına görə, beləliklə, Kanada virusa yoluxanların sayının 1 milyon həddini keçdiyi 23-cü ölkə olub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu günədək dünyada koronavirusa 130 milyondan çox şəxs yoluxub. Onlardan 2,84 milyondan çoxu həyatını itirib.


ABŞ ən çox yoluxma qeydə alınan ölkə olaraq qalır. Bu ölkədə koronavirusa yoluxanların sayı 30,7 milyonu keçib.