Azad olunan ərazilərimizin minalardan təmizlənməsində beynəlxalq donorlar aktiv olmalıdır – Hərbi ekspert

Minatəmizləmə sahəsində beynəlxalq ictimaiyyətin fikri
Azərbaycana qarşı birmənalı deyil.

Bunu Trend-in sualını cavablandıran hərbi ekspert
Ədalət Verdiyev deyib.

O qeyd edib ki, ANAMA və BMT-nin inkişaf proqramı çərçivəsində
“Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf
Məqsədləri”i mövzusunda konfrans keçirilsə də, Azərbaycanın azad
olunmuş torpaqlarında fəaliyyət göstərmək üçün gələn təkliflər
məhdud saydadır.

“Bu məsələlərin qısa müddətdə həyata keçirilməsi üçün beynəlxalq
donorlar daha aktiv olmalıdırlar. Zamanında ermənilərin işğal
etdiyi ərazilərimizin “mina tarlası”na çevrilməsinə göz yumanlar bu
gün həmin minaların təmizlənməsi üçün zəruri miqdarda vəsait, şəxsi
heyət, texnika və avadanlıqlar ayırmalıdırlar”, – deyə Ə.Verdiyev
qeyd edib.

Teqlər: