Xəbər - Samir Əli – Trend:
İşğaldan azad olunan ərazilərə ceyranların buraxılması ilə bağlı planlar olsa da, indiki mərhələdə bu proses təhlükəlidir.
Bunu AzerTimes-a açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, bunun üçün həmin ərazilərdə əvvəlcə tam təhlükəsizlik tədbirləri görülməlidir: “Ərazilər minalardan tam təmizlənəndən sonra bu proses həyata keçirilə bilər. Ərazidə minaların olması həmin heyvanların həyatına təhlükədir. İndiki anda həmin ərazilərə yalnız quşların buraxılması mümkündür. Bu da planımızda var. Ceyranların həmin ərazilərə yaxın 3-4 ayda buraxılması nəzərdə tutulmayıb”.