Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

FHN-dən AzerTimes-a bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, ağaclıq ərazidə 700 m² sahədə quru ot, qamışlıq və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Teqlər: