Azad olunan ərazilərdəki hərbi hissədə birinci rübün nəticələrinə dair yekun iclas keçirilib (FOTO)

İşğaldan azad olunan ərazilərdə dislokasiya olunan N hərbi
hissəsində 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair
yekun iclas keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və
ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda rüb ərzində görülən işlər, yerinə yetirilən
tapşırıqlarla bağlı məruzələr dinlənilib, döyüş hazırlığının,
maddi-texniki təminatının, hərbi intizamın və qoşun xidmətinin
vəziyyəti təhlil olunub.

Qeyd olunub ki, azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi
hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər
istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında orduda
aparılan davamlı islahatların həyata keçirilməsi ilə bağlı qarşıda
duran vəzifələrin icrası, həmçinin bölmələrin döyüş qabiliyyətinin
artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə
saxlanılması ilə bağlı müdafiə naziri general-polkovnik Zakir
Həsənovun tapşırıqları aidiyyəti üzrə çatdırılıb.

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən
hərbi qulluqçular fəxri fərmanla təltif olunublar.

Teqlər: