Azad olunan ərazilərdə tapılan daha bir erməni hərbçinin cəsədi Ermənistana təhvil verilib

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad olunan ərazilərdə aparılan axtarışlar zamanı daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.

Bunu AzerTimes-a açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, cəsəd Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Hərbçinin cəsədi Ermənistana təhvil verilib.

Teqlər: