Azad olunan ərazilərdə qısa müddətdə salınan yeni yollar və hava limanı məni heyrətləndirdi – Lordlar palatasının üzvü

30 il öncə, münaqişənin ilk illərində Azərbaycanda olmuşam. Cəbhə xəttinin yaxınlığında yerləşən bir oteldə qalırdıq, orada su belə yox idi. O zaman gördüm ki, Azərbaycandakı məcburi köçkünlər hansı şəraitdə yaşayır. Ondan sonra hər dəfə Azərbaycana gəldikdə vəziyyətin necə yaxşılaşdığını gördüm. Bu səfər zamanı isə çox heyrətləndim, işğaldan azad olunan ərazilərdə qısa müddətdə salınan yeni yollar və yeni hava limanı məni çox xoşbəxt etdi və heyrətləndirdi.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin Lordlar palatasının üzvü
Con Kilkluney mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda digər dinlərə qarşı hörmətsizlik olduğu deyilir, lakin bu, doğru deyil.

“Mən səfərlərim çərçivəsində görmüşəm ki, müxtəlif dinə mənsub insanlar Azərbaycanda tam rahat və bərabərhüquqlu şəkildə yaşayır. Bu da onu göstərir ki, Azərbaycan çox tolerant dövlətdir. Ümid edirəm ki, gec-tez ermənilər də başa düşəcək ki, Azərbaycan hüdudları daxilində onların hüquqları tam qorunacaq”.

Teqlər: