Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən
həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AzerTimes-a verilən məlumata görə, mayın 9-dan 14-dək
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda
aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 183,
tank əleyhinə 59 mina və 493 partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.

Nəticədə 399 hektar ərazi mina və partlamamış hərbi sursatlardan
təmizlənib.

Teqlər: