Azad edilmiş torpaqların potensialı iqtisadi artıma təkan verəcək – Mikayıl Cabbarov

Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev -Trend:

Ötən il Azərbaycan və bütün dünya üçün qlobal çağırışlar dövrü oldu.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Post-pandemiya dövründə vergi sistemi” adlı konfransda deyib.

Nazir bildirib ki, 2020-ci ildə Azərbaycanda ümumi daxili məhsul 4,3 faiz azalıb. COVID-19 pandemiyası həm də enerji bazarına mənfi təsir göstərib:


“Bununla belə, 2020-ci il Azərbaycan üçün yaddaqalan il oldu, çünki ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü bərpa etdi”.

O əlavə edib ki, erməni işğalından azad edilmiş torpaqların iqtisadi potensialı 2021-ci ildə iqtisadi artıma təkan verəcək.