Azad edilmiş şəhərlərimizin baş planlarının hazırlanması üçün 25 milyon manat ayrılıb – Maliyyə naziri

Ötən il işğaldan azad edilmiş şəhərlərimizin baş planlarının
hazırlanması üçün 25 milyon manat vəsait ayrılıb.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman
deyib.

Nazir bildirib ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad
olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2
milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna
icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq
edilmiş göstəricinin 99 %-nə bərabərdir.

Teqlər: