Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə 98 milyon manata yaxın vəsait xərclənib

Ötən il işğaldan azad edilmiş ərazilərin minalardan
təmizlənməsinə 98 milyon manata yaxın vəsait xərclənib.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman
deyib.

Nazir bildirib ki, 2021-ci ildə dövlət büdcəsindən Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinin partlamamış
hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə
yetirilməsi üçün 105,8 milyon manat ayrılıb və bu vəsaitdən 97,6
milyon manatı xərclənib.

Teqlər: