Azad edilmiş ərazilərdə yaşanan acı hadisələri öz gözlərimizlə görəcəyik – Türkiyəli fotoqraf

Xəbər - Elçin Mehdiyev – Trend:

Dünyanın 8 ölkəsindən blogerler “Show me Azerbaijan” beynəlxalq bloqerlər layihəsi çərçivəsində ölkəmizdə səfərdədir.

AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində xarici bloqerlər bu gün Qobustanda açıq hava muzeyində olublar.

Layihə çərçivəsində Azərbaycana gələn türkiyəli fotoqraf Mustafa Seven bildirib ki, Azərbaycanda çox böyük qonaqpərvərliklə qarşılanıblar: “Azərbaycanda olmaqdan çox şadıq və dəvət üçün təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq ortaq mədəniyyətə sahibdir. Bu baxımdan biz burada çox qəribçilik çəkmirik, amma yenə də Azərbaycan mədəniyyəti ilə bağlı böyük bilgilər əldə edirik. Əvvəllər Bakıda olmuşdum, ancaq Bakıdan kənar əraziləri görmək fürsətim olmamışdı. Bu baxımdan bugünki səfərimiz çox xoşdur.

İşğaldan azad edilmiş ərazilərə də səfər edəcəyik və orada yaşanan acı hadisələri öz gözlərimizlə görəcəyik. Əlbəttdə orada yaşananlar ağırdır, amma həmin ərazilərin yenidən Azərbaycana qayıtmasına görə xoşbəxtik”.

Qeyd edək ki, 30 may tarixində saat 10:30-12.30 da bloqerlər Ağdama şəhərinə səfər edəcəklər.

Teqlər: