Azad edilmiş ərazilərdə xidmət etmək şərəfdir – Trend TV-nin Ağdamdakı hərbi hissədən reportajı

Ağdam. Aslan Məmmədli – Trend:

Ağdamın işğaldan azad edilməsindən bir il ötür. 44 günlük Vətən Müharibəsindəki şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktı ilə Ağdam rayonu Azərbaycana təhvil verildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir yumruğu və unikal diplomatik uğuru nəticəsində Ağdam bir güllə atılmadan işğaldan azad edildi.

Ötən bir il ərzində Qarabağın hər yerində olduğu kimi Ağdamda da sürətli bərpa-yenidənqurma işləri davam etdirilir. Vəhşi ermənilərin viran qoyduğu Qarabağ və Şərqi Zəngəzur sıfırdan inşa edilir, bu ərazilərə həyat qayıdır. Paralel olaraq hərbi qulluqçularımız da azad edilən ərazilərimizi əzmlə, fədakarlıqla qoruyur, şərəflə xidmət edirlər.

Trend TV-nin çəkiliş qrupu bu günlərdə Ağdamda olub, hərbi hissələrə baş çəkib, burada hərbi xidmətdə olan əsgər və zabitlərimizlə görüşüb. Azərbaycan Ordusunun qəhrəman hərbçiləri Qələbə təəssüratlarını, həmçinin həyata keçirdikləri müqəddəs xidmətdən duyduqları qürur hissini bölüşüblər. Videoreportajı təqdim edirik.


Teqlər: