Azad edilmiş ərazilərdə təkcə bərpa üçün deyil, həm də dayanıqlı inkişaf üçün işləməliyik – Mikayıl Cabbarov

Xəbər - Zeyni Cəfərov – Trend:

“Qarabağ Dirçəliş Fondu”nun fəaliyyəti daimi olmalıdır və biz təkcə bərpa üçün deyil, həm də dayanıqlı inkişaf, o cümlədən yaşıl infrastruktur və “ağıllı kənd”lər üzərində işləməliyik.

AzerTimes-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan xalqı müharibə dövrünün sınaqlarının öhdəsindən uğurla gəldi və birlik nümunəsi göstərdi, nəticədə isə bütün Azərbaycan 30 ildən çox davam etmiş işğala qarşı müharibədə qələbənin şahidi oldu.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: