Azad edilmiş ərazilərdə sənaye zonalarında işləyəcək şirkətlər üçün daha çox təşviq nəzərdə tutulub

Azərbaycanın azad edilmiş ərazilərindəki sənaye zonalarında
işləyəcək şirkətlər üçün daha çox təşviq nəzərdə tutulub və müvafiq
təkliflər paketi üzərində işlər davam edirilir.

Trend-in məlumatına görə, bunu İqtisadi
Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev
Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

“Məlum olduğu kimi, Qarabağda Ağdam sənaye zonasının və Araz
vadisi iqtisadi zonasının tikintisi davam edir. Bu zonalar
regionumuzu logistika qovşağına çevirəcək. Həmçinin, bu qovşaq
Azərbaycan vasitəsilə Türkiyə və Çin istiqamətində yükdaşıma
marşrutlarının yüzlərlə kilometr qısalmasına yol açacaq”, – deyə o
bildirib.

Onun sözlərinə görə, agentliyin nəzdindən 51 aqropark, 6 sənaye
zonası və 5 sənaye parkı fəaliyyət göstərir.

“Sənaye zonalarında istehsal olunan məhsulların başlıca ixrac
bazarları Türkiyə, Rusiya, Aİ ölkələridir. Azərbaycanın sənaye
zonaları əlavə dəyərli məhsulun yaradılmasına xidmət edir”, –
E.Nuriyev deyib.

(Tərcümə: Orxan Nəbiyev)