Azad edilmiş ərazilərdə quruculuq işləri sürətlə davam edir

Xəbər - Elçin Mehdiyev – Trend:

Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri
Prezident İlham Əlyevin böyük qayıdışıla bağlı xalqımızın 30 illik
arzularının gerçəkləşdirilməsinin göstəricisidir. İşğaldan azad
edilmiş bütün ərazilərimizdə ilk növbədə kommunikasiyaların bərpası
və yenidən qurulması layihələri həyata keçirldi ki, bu birinci
mərhələnin ən vacib komponemtlərindən biri idi .Yol və nəqliyyat
layihələrinin icrası istər ərazilərimizin minalarla çirkləndirilmiş
olması baxımından, istərsə də köhnə infrastrukturun tamamilə
dağıdılması səbəbilə ən çətin vəzifələrdən biri idi.

AzerTimes-ın
məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu
deyib.

O bildirib ki, qısa müddətdə demək olar ki, azad edilmiş
ərzailərimizin böyük bir hissəsəində bu işlər çox sürətlə həyata
keçirildi.

“İknci mərhələ isə enerji layihələrinin icra olunması idi. Bu da
özlüyündə mürəkkəb və yenə də təhlükəsizilik məsələləri baxımından
olduqca çox diqqət və zaman tələb edən məsələ idi. Ancaq Azərbaycan
qısa müddətdə bu çətinkilırin öhdəsindən gəlməyi bacardı. Hazırda
işğaldan azad edilmiş ərazilərimiz, hər iki iqtisadi rayon, Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə elektrik enerjisi
təminatı layihələri təkcə bugünki deyil eyni zamanda perespektiv
tələbatı da nəzərə almaqla elə icra edilib ki, onlar elektrik
enerjisi ilə təhcizatın uzunmüddətli təminatçısı olacaqdır.

Təkcə son Ağdam səfəri zamanı Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyeva Ağdam və Ağcabədi
rayonlarında 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik
yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin
Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonundaisə “Ağcabədi”
yarımstansiyasının açılışlarında iştirak etdilər. Bu
yarımstansiyalar eyni zamanda ölkəmizin ümumi enerji şəbəkələrinə
inteqrasiya edilməklə etibarlı təhcizat üçün mühüm təminatçı
olacaqlar”, – deyə deputat bildirib.

O qeyd edib ki, beləliklə yol və enerji kommunukasiyalarının ən
yüksək səviyyədə qurulması Qarabağ iqtisadi rayonunun inkişafı üçün
mühüm rol oynayan paralel kommunikasiyalar olacaq.

“Şübhəsiz ki, yalnız bundan sonra azad edilmiş ərazilərimizdə
sənaye kompleksləri və digər iş yerlərinin yaradılmasından danışmaq
mümkündür ki, artıq bu istiqamətdə də paralel olaraq ardıcıl və
sistemli addımlar atlımaqdadır. Ağdam səfəri zamanı Ağdam Sənaye
Parkında iki müəssisənin təməlinin qoyulması hadisəsi gələcək iş
yerlərinin yaradılması baxımından mühüm əhəmiyyətli hadisə oldu.
Çünki məskunlaşma və böyük qayıdış özlüyündə iş yerlərinin açılması
və sosial təminatın əvvəlcədən yaradılmasını tələb edir ki, bu da
qayıdış və məskinlaşma problemlərinin həllinə kompleks yanaşmanı
şərtləndirir”, – deyə deputat bildirib.

O vurğulaıb ki, Azərbaycan Prezidenti və Birinci
vitse-prezidentinin Ağdama səfəri zamanı Rayon Mərkəzi
Xəstəxanasının təməlinin qoyulması, işğaldan azad olunmuş
ərazilərdə səhiyyə infrastrukturunun yaradılması, hazırkı dövrə
kimi ölkəmizdə müasir səhiyyə infrastrukturunun qurulması işlərinin
tərkib hissəsi kimi işğaldan azad olunmuş ərazilərimizdə də səhiyyə
xidmətlərini əlçatan edəcək ki, bu da öz doğma yurdlarında yenidən
məskunlaşan vətəndaşlarımız üçün zəruri sosial və tibbi xidmət
təminatı olcaq.

“Ən mühüm məsələlərdən biri isə 30 il işğal altında qalmaqla
erməni vandalları tərfindən dağıdılan və təhqir edilən mədəni
irsimizin bərpası məsələsidir ki, bu istiqamətdə Heydər Əliyev
Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya
işləri mühüm əhəmiyyət kəsb edir.

Ağdam Cümə məscidi xalqımızın yüzilliklər boyu dini-mənəvi
həyatında mühüm rol oynamış dini abidə kimi mənəvi kontekstə
olduqca qiymətli abidələrimizdən biridir. Onun bərpa edilməsi eyni
zamanda mənəvi dirçəlişimiz və bütövlüyümüzün simvollarından
birinin bərpası kimi əhəmiyyətlidir .Ona görə də işğaldan azad
olunmuş ərazilərimizdə mədəni və dini abidələrin bərpasında Heydər
Əliyev Fondunun rolu olduqca böyükdür və xalqımız tərəfindən çox
yüksək qiymətləndirilir. Səfər çərçivəsində Ağdamda yeni yaşayış
kompleksinin təməlinin qoyulması isə qısa müddətdə doğma yurd
yerlərimizə qayıdacağımızın müjdəsi oldu”, – deyə deputat əlavə
edib.

Teqlər: