Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

İşğaldan azad edilən ərazilərdə minaların ən çox basdırıldığı yerlər açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədrinin müavini Samir Poladov AzerTimes-ın sualına cavab olaraq deyib ki, sıx minalanmış ərazilər keçmiş təmas xətti boyuncadır.

S.Poladovun sözlərinə görə, keçmiş təmas xəttindən kənarda da minalanmış ərazilərə rast gəlinib:

“Hazırda o ərazilərin təhlili və tədqiqat işləri aparılır. Ümumi bir fikir formalaşması və uzunmüddətli proseslərin həyata keçirilməsi üçün bu önəmli məsələdir. Bu təhlillər tərəfimizdən davam etdirilir”, – deyə o bildirib.

Teqlər: