Azad edilmiş ərazilərdə metal tullantıları toplayan şəxslər saxlanılıb (FOTO)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı
vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal
tullantılar toplayan şəxslərı saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Çıraquz
kəndində xidmətdə olan zaman Şamil Nurməmmədov, Ədalət Qasımov və
Elşad Bayramovun idarələrindəki “Mercedes” markalı yük avtomobilini
nəzarət qaydasına uyğun saxlayıblar.

Araşdırma zamanı həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə
keçmək üçün müvafiq icazələrinin olmadığı müəyyən edilib. Həmçinin
avtomobilin yük yerinə baxış keçirilən zaman bu ərazilərdən
qanunsuz olaraq topladıqları çəkisi 25 tona yaxın olan qara metal
tullantıları aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində
protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə
göndərilib.

Teqlər: