Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin monitorinqinin nəticələri açıqlanıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2021-ci ildəki fəaliyyəti ilə bağlı məlumatda deyilir.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 7.8-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfində həyata keçirilən mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirləri davam etdirilib.
Monitorinqlər zamanı dövlət qeydiyyatında olan 403 tarix-mədəniyyət abidəsinə baxış keçirilib;
Dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 162 obyektin monitorinqi aparılıb;
864 mədəniyyət müəssisəsinə baxış keçirilib. Onlardan 462-si kitabxana, 348-i klub müəssisəsi, 20-si muzey, 26-sı uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur;
Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edir.