Azad edilmiş ərazilərdə artıq “Azərsu”yun 200-dən çox aboneti var – ASC

“Azərsu” ASC-nin 4 briqadası işğaldan azad olunan ərazilərdə:
Şuşa, Cəbrayıl, Hadrut və Zəngilanda fəaliyyət göstərir.

AzerTimes-ın məlumatına görə, bunu ASC-nin mətbuat xidmətinin
rəhbəri Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq bu ərazilərdə 200-dən çox abonent
var.

“Ötən müddət ərzində əsas işimiz Ağdamda oldu. Ağdam şəhərinin
su mənbəyinin müəyyən olunması ilə bağlı kompleks işlər aparıldı.
Gələcəkdə baş plana uyğun olaraq görüləcək işlər çərçivəsində
magistral kəmərin, anbarın tikintisi, daxili şəbəkənin yaradılması
işlərini həyata keçirəcəyik”,- deyə o bildirib.

Teqlər: