Azad edilən ərazilərə yeraltı qaz xətləri çəkiləcək

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad olunan ərazilərə qaz xətləri yeraltı
çəkiləcək.

AzerTimes-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin
Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov
bildirib.

Onun sözlərinə görə, qaz xətləri müasir polietilen borular
vasitəsilə çəkiləcək.

“Torpaqlarımız işğal olunana qədər həmin ərazilərin əksəriyyəti
qazlaşdırılmışdı. Lakin işğal dövründə həmin xətlər məhv
edilmişdi.


Torpaqlarımız işğaldan azad ediləndən sonra həmin ərazilərdə “Azəriqaz” tərəfindən araşdırmalar aparılıb. Müəyyən edilib ki,
hansı ərazidə ermənilər məskunlaşıb, həmin ərazilərdə qaz xətləri
qalıb, amma hansı məntəqələrdə ki yaşayış olmayıb, orada xətlər
məhv edilib.

Nəzərdə tutmuşuq ki, həmin ərazilərdə müasir və yeni
kommunikasiya quraq. Əvvəllər qaz xətləri yerüstü çəkilirdi. Amma
indi həmin ərazilərə qaz xətləri yeraltı kommunikasiya şəklində
çəkiləcək. “Azəriqaz” nəzərdə tutur ki, həmin ərazilərə bütün
şəbəkə polietilen borularla yeraltı çəkilsin”,- deyə T.Cəfərov
bildirib.

Teqlər: