Azad edilən ərazilərdəki seçicilərin sayı…

Azad edilən ərazilərdəki seçicilərin sayı…

Gələn il fevralın 7-də növbədənkənar prezident seçkilərində azad edilən ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb:

“Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə orta hesabla, təxminən 800-900 seçici düşür. Bu, kifayət qədər yaxşı rəqəmdir”.

Teqlər: