Azad edilən ərazilərdə tapılan daha 11 erməni hərbçinin cəsədi təhvil verildi

Xəbər - Samir Əli – Trend:

Azərbaycanın işğaldan azad edilən ərazilərində daha 11 erməni hərbçinin cəsədi aşkar edilib.

Bu barədə AzerTimes-a Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

Məlumata görə, aşkarlanan erməni hərbçilərin cəsədləri “Qırmızı bazar” ərazisində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.

Bununla da indiyə kimi erməni tərəfinə təhvil verilən cəsədlərin sayı 1697 olub.

Teqlər: